Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Qubadlı rayonunda silsilə tədbirlər keçirilmiş, rayon məktəbliləri arasında inşa yazı, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələr, kitab bayramı təşkil edilmişdir.
Faşizm üzərində qələbə günü münasibətilə Qubadlı rayon icra hakimiyyətində tədbir kecirildi. Tədbirdə rayon içra hakimiyyətinin başcısı cənab Malik İsaqov, aparatın məsul işciləri, idarə, müəssisə rəhbərləri və böyük vətən müharibəsi iştirakçılarından bir qrupu iştirak edirdi.
Qubadlı rayonunda Şuşanın işğalının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki “28 May” Mədəniyyət evinin binasında təşkil olunan tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
25 aprel 2012-ci il tarixdə Qubadlı rayonunda 2012-ci ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
07 aprel 2012-ci il tarixdə Sumqayıt şəhəri, “İnşaatçılar” qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayonu İşıqlı kənd tam orta məktəbində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.