Az En Ru
Home Contact Phone
background
  • Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyəti
  • Faks: (+99418) 655-75-98
  • E-mail: mail@qubadli-ih.gov.az

Xəbərlər

  • Ölkə Prezidenti korrupsiyaya qarşı amansız m...

    Ölkə Prezidenti korrupsiyaya qarşı amansız mübarizə aparır.

    2020-05-11

    Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.

  • İkinci Dünya Müharibəsi veteranları ilə gör...

    İkinci Dünya Müharibəsi veteranları ilə görüş

    2020-05-08

    Qubadlı rayonunda Faşizm üzərində qələbənin 75-ci il dönümü münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilaçılığı ilə 08 may 2020-ci il tarixdə Qubadlı rayonundan olan BVM veteranlarının evlərində görüşlər keçirilmişdir. Görüşlərdə Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edirdilər.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir

    2020-05-07

    Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda çıxış etmişlər. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri səsləndirilmişdir.

  • Dezinfeksiya işləri davam etdirilir

    Dezinfeksiya işləri davam etdirilir

    2020-05-05

    01-05.05.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı dezinfeksiya işləri davam etdirilir.

  • Aztəminatlı ailələrə olunan yardımlar davam ...

    Aztəminatlı ailələrə olunan yardımlar davam etdirilir.

    2020-05-04

    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVİD-19) qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci vitse –prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

  • 24-30.04.2020-ci il tarixlərdə Koronavirus infek...

    24-30.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

    2020-04-29

    Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində, 41-ci və 47-ci məhəllələrdə, 4-cü, 9-cu, 10-cu, 11-ci və 12-ci mikrorayonun ərazisində yataqxana və çoxmənzilli yaşayış binalarında sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.

  • Koronavirus infeksiyası ilə bağlı işlər dava...

    Koronavirus infeksiyası ilə bağlı işlər davam etdirilir.

    2020-04-23

    Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir.

  • Qubadlı rayon İcra Hakimiyyətinin işçiləri q...

    Qubadlı rayon İcra Hakimiyyətinin işçiləri qanvermə aksiyasına qoşuldular!

    2020-04-22

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan çatışmazlığından əziyyət çəkən xəstələrə yardım üçün ölkəmizdə könüllü qanvermə aksiyası həyata keçirilir.

  • 15-18.04.2020-ci il tarixlərdə Koronavirus infek...

    15-18.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

    2020-04-18

    Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.

  • 10-14.04.2020-ci il tarixlərdə Koronavirus infek...

    10-14.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

    2020-04-14

    Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən Sumqayıt şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərdə sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.

  • 08-09.04.2020-ci il tarixlərdə Koronavirus infek...

    08-09.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

    2020-04-09

    Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində həyətyanı sahələr təmizləndi və sanitar-dezinfeksiya işləri həyata keçirildi

  • 06-07.04.2020-ci il tarixlərdə Koronavirus infek...

    06-07.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

    2020-04-07

    Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində binaların girişləri, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və sanitar-dezinfeksiya işləri həyata keçirildi.

  • 04.04.2020-ci il tarixdə Koronavirus infeksiyası...

    04.04.2020-ci il tarixdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

    2020-04-04

    Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllə, 5, 9, 11, 14 və 16 saylı yataqxanalarda, 29-cu məhəllə, 4, 13/3 və 12 saylı yataqxanalarda, Sumqayıt şəhərində fəaliyyət göstərən rayon İcra Hakimiyyətinin binasında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin binasında, rayon Maliyyə şöbsəinin və Məşğulluq Mərkəzinin binalarında sanitar-dezinfeksiya işləri aparıldı. Binaların girişləri, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və dezinfeksiya işləri həyata keçirildi.

  • 03.04.2020-ci il tarixdə Koronavirus infeksiyası...

    03.04.2020-ci il tarixdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

    2020-04-03

    Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən Sumqayıt şəhəri 12-ci mkr ərazisində yerləşən, məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdə, 12-ci mkr ev 7A və 8A “yarımçıq binaların”da, 14-cü məhəllədə yerləşən 2 saylı internat məktəbində və H.Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən ERSU-nun idarə binasında sanitar-dezinfeksiya işləri aparıldı. Binaların girişləri, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və dezinfeksiya işləri həyata keçirildi.

  • Koronavirus infeksiyası ilə bağlı yaşayış m...

    Koronavirus infeksiyası ilə bağlı yaşayış məntəqələri dezinfeksiya edildi

    2020-04-02

    Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir.

  • Koronavirus infeksiyası ilə bağlı görülən t...

    Koronavirus infeksiyası ilə bağlı görülən tədbirlər

    2020-03-27

    Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir.

  • “Novruz bayramı”

    “Novruz bayramı”

    2020-03-16

    Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

  • “8 Mart Beynəlxalq Qadınlar Günü ”

    “8 Mart Beynəlxalq Qadınlar Günü ”

    2020-03-07

    “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 7 mart 2020-ci il tarixdə bu il 100 yaşı tamam olmuş Qubadlı rayon Dəmirçilər kənd sakini Bayramova Ayna Əhməd qızı, eyni zamanda, 109 yaşlı Mahruzlu kənd sakini Abbasova Püstə Abış qızı, 107 yaşlı İşıqlı kənd sakini İsmayılova Telli Mehti qızı, 110 yaşlı Xəndək kənd sakini Quliyeva Simuzər Məmmədalı qızı, 110 yaşlı Tatar kənd sakini Əsədova Məsdan Xudaverdi qızı ilə evlərində görüş keçirildi. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva, rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova və İcra nümayəndələri iştirak edirdilər.

  • Xocalı  faciəsinin 28-ci ildönümü

    Xocalı faciəsinin 28-ci ildönümü

    2020-02-26

    “Xocalı faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Bu tədbirlərin yekunu olaraq 26 fevral 2020-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Qubadlı rayon H.Quliyev adına Çaytumas kənd məktəb liseyində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə RİH-nin başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdi.

  • 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat y...

    2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

    2020-02-24

    24 fevral 2020-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətində 2019-cu ilin sosial iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, RİH-in məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

  • Akademik Xoşbəxt Yusifzadə adına təqaüdə la...

    Akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülmüş Nihad Abbasovla görüş

    2020-02-17

    17 fevral 2020-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Gənclər və İdman idarəsi, Təhsil Şöbəsi və İsa Məmmədov adına rayon Aşağı Mollu kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunu, TQDK-nın keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanında 700 bal toplayaraq prezident təqaüdüçüsü olmuş, eyni zamanda Akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünə layiq görülmüş Nihad Abbasov ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm xanım Alıyeva, rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov, rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, rayonun gəncləri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.

  • Qubadlı rayon İcra Hakimiyyətində təcrübə k...

    Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə sertifikatlar təqdim olundu

    2020-02-12

    12 fevral 2020-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə sertifikatlar təqdim olundu. Görüşdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-in baş məsləhətçisi Hüseyn Yusifov və könüllülər iştirak edirdilər. Görüşü Qubadlı RİH-nin başçısının müavini Xoşqədəm Alıyeva açıq elan edərək, gəncləri salamlayıb və onları könüllülük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib.

  • “Əsgərə Salam” aksiyası

    “Əsgərə Salam” aksiyası

    2020-01-21

    Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə Salam” aksiyası davam edir. 2 fevral-Gənclər gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”-ndə könüllülük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.

  • 20 Yanvar faciəsinin 30-cu ildönümü

    20 Yanvar faciəsinin 30-cu ildönümü

    2020-01-18

    Qubadlı rayonunda “20 Yanvar faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi. Ümumtəhsil məktəblərinin kollektivləri, idarə, müəssisə və təşkilatlar Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına ziyarət etdilər, müstəqilliyimizin əldə olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları ehtiramla yad edildi.

  • Dünya Azərbaycanlılarının Həmrəylik Günü ...

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə keçirilən tədbir

    2019-12-30

    30 dekabr 2019-cu il tarixində Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH-nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayev, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, hüquq mühafizə orqanları rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Qarabağ veteranları, idmançılar və ağsaqqallar iştirak edirdi.

əvvəlki [2] növbəti