Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral gənclər günü

02 fevral 2018 | 16:00

2 fevral gənclər günü

2 fevral 2018-ci il tarixində Gənclər günü münasibətilə Qubadlı rayon icra hakimiyyətinin təşəbbüsü və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonun Hafiz Qufilev adına Çaytumas məktəb liseyində “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə yarışlar keçirilmişdir. Keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm xanım Alıyeva, rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov və  rayon gəncləri iştirak edirdi.
Tədbir açıq elan edildikdən sonra, gəncləri təbrik edən rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm xanım Alıyeva vurğuladı ki, 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Ulu öndərin siyasi fəaliyyətində əsas, önəmli yerlərdən birini də gəncliyə diqqət və qayğı tuturdu.  Həm Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə, həm də müstəqil Azərbaycana rəhbərliyi illərində ulu Öndər gəncliyin milli dəyərlərə hörmət və ehtiram ruhunda tərbiyə edilməsi, onların savadlı və bilikli olması, gənclərdə sağlam və fəal həyat tərzinin formalaşdırılması üçün genişmiqyaslı işlər, tədbirlər həyata keçirildiyini qeyd etdi. Hal-hazırda gənclər siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün Azərbaycan gənci özünü xoşbəxt hesab edir, ona görə ki ona özünü göstərməsi üçün bütün imkanlar yaradılmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl elm və təhsil ocaqlarından gəlir, gənclərimiz dünyanın beynəlxalq idman, mədəniyyət tədbirlərində xalqımızı, dövlətimizi layiqincə təmsil edirlər.
Qubadlı rayon Gənclər və Idman Idarəsinin rəisi Natiq Abbasov  2 fevral gənclər günü münasibətilə gəncləri təbrik erərək, bildirdi ki, bugün dövlətimiz bütün sahələrdə gənclərə geniş imkanlar yaradır, gənclərin bütün sahələrdə inkişafına dəstək olur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaqdan ibarətdir.
Natiq Abbasov vurğuladı ki,  2017-ci il də rayonumuzun gəncləri üçün  uğurlu olmuşdur. Beləki, rayon idmançıları respublika birincilikləri və turnirlərində 52, Avropa, dünya və beynəlxalq yarışlarda 6 medal qazanmışlar. O cümlədən IV İslam Həmrəyliyi Oyunlarında rayonumuzun sakini İslam Abbasov birinci yeri tutaraq qızıl medalla təltif olunmuşdur. Rayon məktəblərinin məzunlarıdan  301 nəfər gənc ali məktəblərə qəbul olaraq tələbə adını qazanmışdır. Hazırda respublikanın ali təhsil müəssisələrində 700-dən artıq Qubadlı  gənci təhsil alır. Rayon gənclərinə göstərdiyi  qayğıya, yaradıcı gənclərin üzə çıxarılması və onların Respublika səviyyəli tədbirlərdə, rayon idmançılarının Dünya və Avropa çempionatlarında iştirakına göstərdiyi köməyə görə  Gənclər və idman idarəsinin rəisi Natiq Abbasov Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov cənablarına rayon gəncləri və idman ictimayyəti adından minətdarlığını bildirdi.
Yarışda I yeri İsa Məmmədov Aşağı Mollu tam orta məktəbinin  komandası,  II yeri Hafiz Quliyev adına Çaytumas məktəb liseyinin komandası, III yerləri  tutmuş Süleyman Rəhimov adına Mahruzlu və Xıdırlı kənd tam orta məktəblərinin  komandaları fəxri fərman və kuboklarla təltif olundu.

Keçidlər