Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətində Qubadlı rayon futbol komandası ilə görüş

27 aprel 2018 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətində Qubadlı rayon futbol komandası ilə görüş

27 aprel 2018-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında 23-25 aprel 2018-ci il tarixlərdə Xaçmaz rayonunda 2005-2006-cı il təvəllüdlü futbolçular arasında keçirilmiş “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin final yarışlarında birinci yeri tutmuş rayon komandası ilə görüş keçirildi. Görüşdə rayon icra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, rayonun futbol komandası iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra futbolçular arasında 2018-ci ilin aprel ayında “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin qalibi  olmuş rayon komandasını təbrik edən rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov qeyd etdi ki, dövlətimizin başçısının idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Son illərdə Azərbaycanda 50-dən artıq yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir. Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və Dünya çempionatları, olimpiya və qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan tolerantlığı, sivilizasiyalararası dialoqu təşviq etməklə yanaşı, Şərq ilə Qərb arasında körpü rolu oynadığını nümayiş etdirir.  Bu onun göstəricisidir ki, Azərbaycan idmanı çiçəklənmə dövrünü yaşayır.
İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov qeyd etdi ki, rayonumuzda da idmançılar üçün əlverilşi şərait yaradılmış, lazimi idman avadanlıqlari ilə təmin olunmuş idman zalı atletlərimizin istifadəsinə verilmişdir. Rayon idmançılarının respublika daxili və beynəlxalq yarışlarda iştirakına daim köməklik göstərilir.
Sonra tədbirdə çıxış edən rayon  futbol komandasının baş məşqçisi Cavanşir Əliyev hər zaman idmançılara və gənclərə diqqət və qayğı  ilə yanaşıldığını bildirərək, bu dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi.
Sonda rayonun futbol komadası qiymətli hədiyyələrlə  mükafatlandırıldı.

Keçidlər