Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Günü

08 noyabr 2018 | 16:00

Konstitusiya Günü

      8 noyabr  2018-ci il tarixdə Qubadlı Rayon İcra Haimiyyəti və YAP Qubadlı Rayon təşkilatının təşkilatçılığı  ilə Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının qərargahında Konstitusiya Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə RİH-nin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak edirdilər.
     Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev açdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
       Sonra İşıqlı kənd tam orta məktəbinin tarix müəllimi İsgəndərova Mehriban məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.
     RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Qarayev və digər çıxış edənlər qeyd etdilər ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
    Tədbirin sonunda YAP-nın sıralarına yeni daxil olmuş şəxslərə YAP-nın vəsiqələri və fəxri fərmanları təqdim olundu.

Keçidlər