Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı idmançıları yüksək nəticələr göstərmişdir

01 iyul 2019 | 16:00

Qubadlı idmançıları yüksək  nəticələr göstərmişdir

Qubadlı idmançıları beynəlxalq  yarışlarda yüksək nəticələr göstərərək  2  medal qazanıblar.  Belə ki, Belarus Respublikasında keçirilən "Minsk-2019" II Avropa Oyunlarında Qubadlı rayonunun idmançısı, Yunan-roma güləşi üzrə dəfələrlə dünya və Avropa çempionu, “Bakı-2017” İslam həmrəyliyi oyunlarının qalibi  İslam Abbasov 87 kq çəki dərəcəsində II  yeri tutaraq gümüş medal qazanıb.
Qubadlı rayon Uşaq-gənclər İdman Şahmat məktəbinin yetirməsi, Yunan-roma güləşi üzrə dəfələrlə Azərbaycan birinciliyinin qalibi Təvəkkül Həziyev  isə  27-30 İyun 2019-cu il tarixində Polşanın Krakov şəhərində keçirilən yeniyetmələr arasında Yunan-roma güləşi üzrə Avropa çempionatının qalibi olaraq fəxri kürsünün  ən yüksək pilləsinə yüksələrək qızıl medal qazanmışdır.
Qeyd edək  ki, hər iki idmançının məşqçisi Qubadlı rayon Uşaq-gənclər İdman Şahmat məktəbinin məşqçi-müəllimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi Bahadur Həziyevdir.

Keçidlər