Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətində könullü gənclərlə görüş keçirilmişdir

04 iyul 2019 | 16:00

Qubadlı Rayon İcra Hakimiyyətində könullü gənclərlə görüş  keçirilmişdir

   
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Tapşırığa uyğun olaraq Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən müasir düşüncəli gənc könüllülərdən geniş istifadə edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir.
     Bu məqsədlə Qubadlı rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır.
    Qubadlı rayon İcra Hakimiyyəti başçısının 15 mart 2019-cu il tarixli, 24 nömrəli  Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yusifov Hüseyn Yusif oğlu könüllülərlə iş üzrə koordinator təyin edilmişdir. Tədbirlər planı təsdiq edilmişdir.  Qubadlı rayon İcra Hakimiyyətində könüllük fəaliyyətinə başlanılması barədə Rayon İcra Hakimiyyətinin  rəsmi səhifəsində və digər sosial şəbəkələrdə elanın yayılması təmin olunmuşdur. 25 iyun 2019-cu il tarixdə könüllülərlə keçirilmiş görüşdə çıxış edən Qubadlı RİHB-nın müavini Xoşqədəm Alıyeva gənclərlə görüşlərin mütəmadi olaraq keçiriləcəyini, müsahibələrin təşkil olunacağını, könüllü gənclərə məlumatlandırıcı təlimlərin keçiriləcəyini, onlarla müvafiq müqavilələrin bağlanacağını və hər ayın sonunda müvafiq meyarlara uyğun qiymətləndirilmə aparılacağını bildirmişdir. 25 iyun 2019-cu il tarixdən könüllü fəaliyyətinə cəlb edilmiş 4 nəfərlə müqavilə bağlanmış, onlar üçün müvafiq təcrübə şəraiti yaradılmışdır.
       Görüşdə iştirak edən könüllü gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Qubadlı rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər