Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” münasibətilə inşa-yazı müsabiqəsi keçirilmişdir

07 noyabr 2019 | 16:00

“Uşaq hüquqları aylığı” münasibətilə
inşa-yazı müsabiqəsi keçirilmişdir

Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin  30-cu ildönümü ərəfəsində elan olunan “Uşaq hüquqları aylığı” münasibətilə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya (20 oktyabr - 20 noyabr) 29 oktyabr 2019-cu il  tarixində Təhsil şöbəsi ilə birgə Qubadlı rayton Çaytumas kənd tam orta məktəbində inşa-yazı müsabiqəsi təskil etmişdir. Müsabiqədə rayon üzrə fəaliyyət göstərən 31 məktəbin hər birindən 7 və 8-ci siniflər arasından seçilmiş şagirdlər iştirak etmişdir. İlk olaraq Çaytumas məktəb liseyinin şagirdləri uşaqların  hüquqlarını hazırladıqları kiçik səhnəciklər, şeir və mahnılarla ifadə etmişlər. Bədii hissədən sonra müsabiqə başlamış və şagirdlərə iki saat vaxt verilmişdir. Müsabiqə zamanı şagirdlərə “Uşaq hüquqları aylığı” çərçivəsində 4 mövzu müəyyən edilmiş, mövzulardan birini seçmək şagirdin öz ixtiyarına verilmişdir.( “ Bizi gözəl gələcək gözləyir”, “Mənim hüquqlarım mənim gələcəyimdir”, “Mən öz hüquqlarımı bilirəm”, “Uşaqlar öz hüquqlarını niyə bilməlidirlər”)
İnşa müsabiqəsinin nəticələrinin qiymətləndirilməsi ilə əlaqədar 07.11.2019-cu il tarixdə Qubadlı rayon Bəhmən Mehdiyev adına  şəhər 2 saylı məktəbdə tədbir keçirilmiş, həmin tədbirdə  müsabiqədə iştirak etmiş məktəblərin şagird və müəllim heyəti, rayon Təhsil şöbəsinin nümayəndələri və eləcə də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri iştirak etmişlər.
Tədbirdə müəəyyənləşdirilmiş 3 yer üzrə qaliblər: - I yer B.Mehdiyev adına Qubadlı şəhər 2 saylı məktəbin VIII sinif şagirdi- Rüstəmova Şəkər,  II yer Əliquluuşağı kənd tam orta məktəbinin VIII sinif şagirdi- Behbudova Məleykə, III yer B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbinin VIII sinif şagirdi- Mədətova Nurcan elan edilmiş və onlardan hər biri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.

Keçidlər