Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü

01 iyun 2021 | 16:00

01 iyun 2021-ci il tarixdə Qubadlı Şəhər-1 saylı Körpələr evi-uşaq bağçasında Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı Şəhər-1 saylı Körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüilə əlaqədartədbir keçirildi.TədbirdəQubadlı rayon İcra Hakimiyyətinin başçısının müavini- Xoşqədəm Alıyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Məmmədova Aytən, bağçanın müəllim kollektivi və uşaqlariştirak edirdilər. 
Əvvəlcə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Xoşqədəm Alıyevarayon icra hakimiyyəti başçısı adından uşaqları təbrik etdi və ən xoş arzularını çatdırdı.
Qeyd olundu ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il qeyd edilir. Qeyd olundu ki, ölkəmizdə insanların, o cümlədən uşaqların rahat və xoşbəxt yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq işlər görülür. Uşaqların hüquqlarının qorunması, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bildirildi ki, həmin siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Sonra tədbir müəllimlərin və uşaqların hazırladığı musiqili əyləncəli konsert proqramı ilə, nağıl qəhrəmanlarının, şən klounların iştirakı ilə davam etdirildi.

Keçidlər