Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Alıyev Elçin Bayram oğlunun doğum günü

16 iyul 2021 | 16:00

Bu gün şəhid, mayor Alıyev Elçin Bayramoğlunun doğum günüdür. Yaşasaydı 46 yaşı tamam olacaqdı. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə Şəhidin ailəsi ilə görüş keçirildi, daha sonra Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanda Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Emin Əliyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
ƏvvəlcəSumqayıt şəhərinin Cümə Məscidinin axundunun müavini Azər Əliyev Şəhidin ruhuna dualar oxudu.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordunun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi.Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu..
Daha sonra Şəhidin ailə üzvlərişəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Qubadlı şəhər sakini Alıyev Elçin Bayram oğlu 16 iyul 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1992-ci ildə Qubadlı Şəhər 1 saylı orta məktəbin məzunu olmuşdur.
1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş, 1993-cü ildə isə Ali Hərbi məktəbə yerdəyişmə etmişdir. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olmuşdur. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasma yiyələnmişdir. 1997-2005-ci illərdə N saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi, 2010- 2011-ci illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015-ci il yanvar ayından 2017-ci il aprel ayınadək N saylı hərbi hissədə Artilleriya bölməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 2016- cı ilin aprel döyüşlərində “Lələ təpə”nin azad olunmasında öndə gedənlərimizdən biri olmuşdur.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90 və 95 illiyi” yubiley medalları və  III, II dərəcəli  “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir.
2017-ci il aprel ayından öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqaüdə çıxmasına baxmayaraq, 01 oktyabr 2020-ci ildə N saylı hərbi hissədən könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Döyüş yolu ilk əvvəl Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzulidə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştrak edən igidlərdən biri olur.
Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir.
7 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alsa da, 1 gün yaralı vəziyyətdə döyüşür.
O, 9 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.  Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Alıyev Elçin Bayram oğlu ölümündən sonra “Vətən uğrunda”,  18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin!

Keçidlər