Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılıb

20 iyul 2021 | 16:00

20.07.2021-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban Bayramı ilə əlaqədar Şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına,  kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə - ümumilikdə 60-dan çox ailəyə qurban payı çatdırılıb.
Bayram günü Vətənmüharibəsi şəhidlərinin, qazilərin, müharibə veteranlarının evlərinə gedilərək onlara baş çəkildi, ərzaq bağlamaları və qurban payı verildi. Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər