Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai şura

Azərbaycan Respublikası  Qubadlı  Rayon İcra Hakimiyyəti yanında  fəaliyyət göstərən ictimai  Şuranın üzvlüyünə seçkilərlə bağlı Elan

      Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 08.06.2021-ci il tarixli 17 saylı Sərəncamı ilə Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
      Bununla əlaqədar olaraq 09.06.2021-ci il tarixdən etibarən 20 gün müddətində Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 28 iyun 2021-ci il tarixində başa çatacaqdır.
       Müraciətə (müraciətdəəlaqə vasitələri, e-mail və digər zəruri məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidirlər:
1. şəxsiyyət vəsiqəsinin surəti;
2. namizədin tərcümeyi-halı;
3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyünü təsdiq edən sənədin surəti;
4. Yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdəşəxsin müvafiq sahəüzrə təcrübəyə və ya birliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının sürəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

Keçidlər